Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Cinayət törədən şəxslərlə mübarizəmiz davam edir” - İmamverdi İsmayılovun rəqibi

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınmış deputatlığa keçmiş namizədlərin şikayətləri davam edir. Onlar qanun pozuntularının olduğunu iddia edirlər.

Bizimyol.info xəbər verir ki, qalmaqallı seçki dairələrindən biri olan 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli seçki prosesi ilə bağlı danışıb.

“Seçki marafonu bitsə də, bu yarışın nəticələrinə əl uzadan, saxtakarlıq edən, dövləti cinayət törədən şəxslərlə hüquqi müstəvidə mübarizəmiz davam edir. Bu, o deməkdir ki, yarışma başa çatsa da, seçki prosesi yekunlaşmayıb”,-deyə A.Əsədli bildirib.

Anar Əsədli Anar Əsədli

Deputatlığa namizəd qeyd edib ki, ötən ilin dekabr ayında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi yenilik və dəyişiklik arzusunda olan hər bir vətəndaş kimi onu və yanında olan insanları sevindirdi: “Biz bu dəyişikliyə inandıq və insanları inandırdıq. Deputat adı daşıyan, amma deputatlıq edə bilməyən adama qarşı aqresiyya ümidsizliyə qapılmış bu insanlarda seçkiyə də inamsızlıq və nifrət yaratmışdı. Dairəmizdən deputat yerini özəlləşdirən millət vəkilinin dövlətlə xalq arasında körpü ola bilməməsi ucbatından xalqda yaranmış aqressiyanı sakitləşdirməklə məşğul olduq”,-deyə deputatlığa keçmiş namizəd Anar Əsədli bildirib.

Xatırladaq ki, Anar Əsədli tərəfindən verilən şikayətə fevralın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında baxılıb. DSK-nın hərəkətsizliyi ilə bağlı iddia təsdiqini tapmadığına görə şikayət təmin edilməyib.

Qeyd edək ki, həmin dairədə lider namizəd İmamverdi İsmayılovdur.

Son xəbərlər
Bütün xəbərlər »