Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin hökuməti WSJ-yə "qırmızı işıq" yandırdı

Çin hökuməti tanınmış “Wall Street Journal”ının (WSJ) üç əməkdaşının akkreditasiyalarına xitam verib.

CNBC xəbər verir ki, gündəlik brifinq zamanı bu addımın səbəbləri barədə danışan Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuanq nəşrin Çini “Asiyanın həqiqi xəstə adamı” kimi qələmə verən məqaləyə görə üzr istəməyi rədd etdiyini açıqlayıb.

XİN rəsmisi sözügedən məqalədə Çinə irqçiliklə hücum edildiyini, həmçinin ölkənin yeni koronavirus epidemiyasına qarşı mübarizə səylərinə ləkə yaxıldığını, bunun üçün üzrxahlıq etməkdən, yaxud araşdırma aparmaqdan boyun qaçırıldığını, bütün bunlarla Çin xalqının hiddətinə rəvac verildiyini deyib.

Məhdudlaşdırıcı tədbir tətbiq edilən jurnalistlərin adları açıqlanmayıb.

Xatırladaq ki, ötən gün ABŞ hökuməti “Xinhua” xəbər agentliyi, “China Global Television Network”, “China Daily Distribution Corp” və daha iki ən nüfuzlu dövlət media qurumuna əcnəbi səfirliklər kimi əməkdaşlarını və bütün addımlarını Dövlət Departamentində qeydiyyata saldırmaq öhdəliyi qoyduqlarını açıqlayıb.

Çinin XİN sözçüsü bu yeni qaydalarla razılaşmadıqlarını, cavab addımlar atmaq hüququnu özlərində saxladıqlarını bildirib.(report)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »