Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu şəxslərdə beyin daha kiçikdir - Araşdırma

“Lancet Psychiatry” jurnalında alimlərin daha bir maraqlı araşdırması dərc edilib.

“BBC Türkçe” xəbər verir ki, tədqiqatda oğurluq, zorbalıq edən və yalan danışan şəxslərin beyinlərinin daha kiçik olduğu vurğulanıb.

Alimlər belə bir nəticəyə 700 könüllünün maqnit rezonans tomoqrafiya (MRT) analizlərini incələyərək gəliblər.

Analizlərə görə, uşaqlıq dövründə dissosial şəxsiyyət pozğunluğu yaşayan 45 yaşlarındakı fərdlərin beyinlərinin səthi daha dardır, hətta bəzi hissələrində pərdələr (meninkslər) daha nazikdir. Bu xüsusiyyət dissosial davranışlarla əlaqələndirilir. Ancaq bu durumun irsi, narkomaniya, IQ və psixi sağlamlıqla əlaqəli olub-olmadığı məlum deyil.

Könüllülər, əsasən, üç - disisosial davranışlarında davamlılıq göstərməyənlər, sadəcə, ərgənlik dövrlərində dissosial olanlar və bütün həyatları dövründə dissosial davranışlar sərgiləyənlər qruplarına ayrılıblar.

Son qrupda yer alan və aralarında zorakılıq cinayətlərini törədənlərin də olduğu 80 nəfərin beynində struktural fərqin olduğu aşkarlanıb. Bu araşdırma bütün həyatları dövründə çevrəsinə hücum edən fərdlərin nevropsixoloji fərqliliklərinin olduğunu sübut edir.

Alimlərə görə, həm uşaqlıq, həm də ərgənlik dövründə dissosial davranış pozğunluğu yaşayanlar, xəstəxanaya yerləşdirilmə riski daşıyanlar, həyatlarının növbəti dövrlərində fiziki və psixi sağlamlığı zəifləyənlər bir müayinə ilə fiziki məhdudiyyətli şəxslər kateqoriyasına daxil edilə bilərlər.

London Universitet Kollecinin əməkdaşı, həmçinin araşdırmanın həmmüəllifi olan doktor Kristina Karlisi bildirib ki, onların beyinlərində dissosial davranışları əngəlləyən sosial qabiliyyətlərinin inkişafını çətinləşdirən struktural fərqlər ola bilər.

Araşdırmanın digər həmmüəllifi, professor Essi Vidinq də bu qrupdakı fərdlərin anlayış və köməyə ehtiyacı olan fərdlər olduğunun başa düşülməsi və şeytanlaşdırılmamasını lazım görür.

Doktor Qrem Feyrçayld isə vurğulayıb ki, beyin strukturundakı fərqlərin həyatın erkən dövrlərində də mövcud olub-olmadığını təyin etmək mümkün deyil: "Bir çox dissosial davranış pozğunluğu narkotik və ya alkoqol aludəçiliyi, zərərli qidalanma ilə bağlıdır".(report)

Son xəbərlər
Bütün xəbərlər »