Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Türkiyənin müharibəyə hazırlaşmasına münasibət bildirib

Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə ordusunun İdlibdə hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

TASS xəbər verir ki, D.Peskov Türkiyənin Suriyaya qarşı mümkün hərbi əməliyyatlarını İdlibdə hadisələrin inkişafı baxımından ən pis ssenari adlandırıb.

Dmitri Peskov Dmitri Peskov

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı arasında telefon danışığı barədə konkret plan yoxdur.

“Lakin bununla belə yaxın saatlarda prezidentlər arasında telefon danışığı baş tuta bilər”, - deyə D.Peskov vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında aparılan danışıqlarda nəticə əldə edilməyib. Rusiya XİN başçısı Moskvada aparılan danışıqlarda Rusiyanın Türkiyəyə qarşı yeni bir tələb irəli sürmədiyini də vurğulayıb.

Sergey Lavrov Sergey Lavrov

“Suriyanın İdlib əyalətindəki vəziyyətlə bağlı Rusiya və Türkiyə arasındakı memorandumun şərtləri yerinə yetirilməlidir”, - deyə S. Lavrov qeyd edib. (APA)

Son xəbərlər
Bütün xəbərlər »