Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan ölən rejissor və ailəsini xəstəxanalar qəbul etməyib - Foto

Heç bir xəstəxana qəbul etmədiyi üçün Çinin məşhur rejissoru ailəsi ilə birlikdə koronavirusdan ölüb.

Bu barədə “Variety” nəşri xəbər yayıb.

Məlumata görə, ailədə ilk olaraq rejissorun atası xəstələnib. Lakin heç bir xəstəxana onu qəbul etməyib.

“Atamda qızdırma, öskürək var idi, nəfəs almaqda çətinlik çəkirdi. Xəstəxanaya yollamaq istədik, ancaq heç bir tibb müəssisəsi onu qəbul etmədi. Bildirdilər ki, xəstəxanada yer yoxdur”, - deyə Çanq ölümündən əvvəl gündəliyində yazıb.

Rejissor koronavirusdan ölüb

Bundan sonra ana da koronavirusa yoluxub. Onlara rejissorun bacısı qulluq edib. Əvvəlcə koronavirusdan rejissorun atası və anası, sonra isə bacısı ölür. Çanq isə onlardan təqribən 20 gün sonra dünyasını dəyişib.

Hazırda ailədə yeganə sağ qalan insan Çanqın xanımıdır. O, xəstəxanaların birində reanimasiyada yatır.

Çanq Kay Çində məşhurluğu ilə yanaşı, “Hubey” kinostudiyasının xarici əlaqələr filialının əməkdaşı idi.(oxu.az)

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »