Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serj Sarkisyanın məhkəməsinin vaxtı bilinib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsinin vaxtı məlum olub.

Bu barədə datalex.am saytı məlumat yayıb.

Məhkəmənin hazırlıq iclası fevralın 25-də keçiriləcək. İş hakim Vaqe Misakyanın icraatına verilib.

Qeyd edək ki, yanvar ayının sonunda S. Sarkisyanın cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.

Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.(apa)

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »