Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçkini saxtalaşdıranların cəzası açıqlandı

Qeydə alınmış deputatlığa namizədlər fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində qanun pozuntularının olduğunu iddiaları davam edir. Mərkəzi Seçki Komissiyası bu iddialar əsasında araşdırma apararaq bəzi seçki dairələrinin və seçki məntəqələrinin nəticəsi ləğv olunub.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, seçkilərin saxtalaşdırılmasına görə cəza sərtləşdirilməlidir.

Əkrəm Həsənov

“Cinayət Məcəlləsinin “Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma” adlanan 161-ci maddəsinə əsasən maksimal cəza 2 ilədək müddətə islah işləridir. Yəni bu cinayətə görə azadlıqdan məhrum etmə cəzası ümumiyyətlə yoxdur. Başqa sözlə, hətta böyük ictimai təhlükə törətməyən cinayətlər sırasında ən yüngüllərindən biridir.

Halbuki, seçkilərin saxtalaşdırılması hakimiyyətin mənimsənilməsi deməkdir. Konstitusiyabın 6-cı maddəsinin II hissəsində qeyd edilir ki, hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Açıq-aşkar Cinayət Məcəlləsi Konstitusiyaya ziddir! Buna görə də sözügedən cinayət az ağır cinayətlər növünə deyil, xüsusilə ağır cinayətlər növünə aid edilməli və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır”,- deyə hüquqşünas Əkrəm Həsənov bildirib.

Son xəbərlər
Bütün xəbərlər »