Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq prezident 17 il müddətinə azadlıqdan məhrum edilib

Seul Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Li Myung Bakı 17 il müddətində azadlıqdan məhrum edib.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Sabiq prezident mənimsəmədə və külli miqdarda rüşvət almaqda ittiham olunub.

Məhkəmə 78 yaşlı Li Myung Bakı 15,7 milyon dollar məbləğində cərimələyib. Sabiq prezident məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, daha əvvəl də Li Myung Bak korrupsiyada və rüşvətdə ittiham olunub. O, 2018-ci ilin 5 oktyabrında Seul Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2019-cu ilin mart ayında səhhətinin pisləşməsi səbəbindən girov müqabilində azadlığa buraxılıb.

Xatırladaq ki, Li Myung Bak 2008-2013-cü illərdə Cənubi Koreyaya rəhbərlik edib.(apa)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »