Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk gəmisi vurulub: Haftarla danışıqlar dayandırıldı

Liviya Milli Sülh Hökuməti qiyamçı Xəlifə Haftara bağlı hərbi qüvvələrin paytaxt Tripoliyə raket zərbələrindən sonra atəşkəs danışıqlarını dayandırdığını açıqlayıb.

General Haftara bağlı ordu Tripoli dəniz limanında Türkiyəyə məxsus gəmini vurduğunu iddia edib.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın isə jurnalistlərə açıqlamasında bu iddianı təkzib edib:

İbrahim Kalın

“Zərbə uğursuz oldu, dərhal cavab verildi. Bizim cavab atəşimizdən sonra vəziyyət stabilləşib”.

Liviya Səhiyyə Nazirliyi Haftar ordusunun paytaxta raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxsin həlak olduğunu, 5 nəfərin yaralandığını açıqlayıb.

Liviya Sülh Hökuməti məlum hücumdan sonra Haftarla atəşkəs danışıqlarının dayandırıldığını bildirib.(teleqraf.com)

Son xəbərlər
Bütün xəbərlər »