Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron xarici dildə dərsləri qadağan edən qərar verib

Fransada bütün xarici dillərdə tədris və mədəniyyət dərsləri ləğv olunacaq.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.

O bildirib ki, 2020-ci ilin sentyabr ayından etibarən Fransa miqyasında məktəblərdə xarici dil və mədəniyyət dərsləri keçirilməyəcək.

Son 2 ildə 15 məscid, 12 dərnək və 4 məktəbin bağlandığını xatırladan Fransa Prezidenti ölkədəki tədris mərkəzlərində 80 min şagirdə “ana dili və mədəniyyəti dərsləri” adı altında xarici dil dərslərinin verildiyini bildirib və ölkənin məktəblərində dövlətin nəzarəti təmin edə bilmədiyi dərslərin verilməsinin onu narahat etdiyini vurğulayıb.

İslam dinindən müxtəlif təxribatçı məqsədlər üçün istifadə olunduğunu dilə gətirən prezident müsəlmanlara qarşı bir planının olmadığını, lakin xüsusilə, məktəblərdə və məscidlərdəki xaricilərin müdaxilələri ilə mübarizə aparmalı olduqlarını bildirib.

Ölkədə islamçılarla mübarizə çərçivəsində 80 təlim mərkəzinin qurulacağını deyən Makron problemin fransız müsəlmanlar olmadığını vurğulayıb. O, radikallaşma ilə mübarizədə müəyən edilən 47 məhəllənin nəzarətdə saxlandığını qeyd edib.(publika)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »