Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çindən dönmüş daha 2 tələbə xəstəxanaya yerləşdirilib

Fevralın 19-da Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya, daha sonra isə Bakıya gəliblər. Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün, Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.

Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »