Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusdan ölənlərin sayı 2 mini keçib

Çində yeni növ koronavirus qurbanlarının sayı 2004 nəfərə çatıb, 14,3 mindən çox insan müalicə yolu ilə bu virusdan xilas olub, pnevmoniyanın başlamasından bəri yoluxmuş insanların sayı 74,1 mini keçib.

“TASS” xəbər verir ki, ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə ötən gün 72,4 mindən çox yoluxma halı, 1868 nəfərin ölümü və 12,5 mindən çox xəstənin sağalması barədə məlumat yaymışdı. Yeni məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm səviyyəsi 2,57%-dən 2,7%-ə yüksəlib.

Bölgələr arasında Hubey əyaləti yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 61,6 mindən çox insanın qeydiyyata alındığı, 1921 nəfərin öldüyü, 9128 adamın sağaldığı bildirilir. Onun ardınca 1,3 mindən çox sakinin xəstələndiyi Quandun, 1,2 mindən çox yoluxma halı ilə Henan və 1,1 mindən çox yoluxma halı ilə Çjetszyan gəlir.

Pekində yoluxmuşların sayı 387 nəfər olub, onlardan 130-u xəstəxanadan buraxılıb, 4-ü ölüb.

Ən son rəsmi məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 135,8 mindən çox sakin ölkədə həkimlərin nəzarəti altındadır. Eyni zamanda, ölkədə virusa yoluxma şübhəsi ilə 5,2 mindən çox insan nəzarətə götürülüb.

Son xəbərlər
Bütün xəbərlər »