Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinliləri qonşu ölkəyə buraxmayacaqlar

Çinliləri koronavirusa görə dünyanın xeyli ölkəsində iqnor etməyə başlayıblar. Bu sıraya Rusiya da qoşulub.

Bizimyol.info xəbər verir ki, çinliləri qonşu ölkəyə buraxmayacaqlar. Rusiyanın yeni baş naziri Mixail Mişustinin imzaladığı fərmana görə, Çin vətəndaşları bir müddət bura ayaq basa bilməyəcəklər. Fərmanda turizm, iş və şəxsi məqsədlə səfərlərə qoyulan qadağadan danışılır. Təbii ki, diplomatik səfərlər nəzərdə tutulmur.

Rusiya koronavirusa yoluxma qeydə alınan 25 dövlətdən biridir. Virusa görə ölkənin iki vilayətində orta məktəblər bir həftəlik bağlanıb. Koronavirusdan əziyyət çəkənlərin Çindən gəldiyi bildirilir. Fərmanın verilməsində də bu amil rol oynayıb.

Dünyada koronavirusa yoluxanların sayı 73 mini keçib. İndiyə qədər 1871 nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »