Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən Rusiyaya: "Sərt şəkildə cavabını verəcəyik!"

Suriyadakı hərbi müşahidə məntəqələrimiz dəyişməyəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Moskvada baş tutan İdlib müzakirələri ilə bağlı açıqlamasında deyib.

“Əsgərimizə hücumdan söhbət gedirsə, ötən həftələrdə olduğu kimi, ən sərt şəkildə cavab verəcəyimizdən heç kimin şübhəsi olmasın. İdlib təhlükəsizlik bölgəsinin sərhədləri bəllidir”, - deyə Qalın bildirib.

Qeyd edək ki, son günlər türk ordusunun müşahidə məntəqələrinə Suriya rejim qüvvələrinin hücumu artıb. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »