Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gəzi Parkı” hadisələri ilə bağlı məhkəmə bitdi - Qərar

Türkiyədə 2013-cü ildə “Gəzi Parkı” hadisələrinə görə tutulan iş adamı Osman Kavala, iş üzrə ittiham olunan jurnalist Can Dündar, Ayşə Mücəlla Yapıcı, aktyor Mehmet Ali Alabora da daxil olmaqla 16 nəfərin bəraətinə qərar verilib.

“Türkiyə Cümhuriyyəti hökumətini aradan qaldırmağa təşəbbüs” cinayəti ilə ittiham olunanlardan 9-u haqqında bəraət qərarı elan edilsə də, axtarışda olan 7 fərari haqqında çıxarılan qərar da dəyişdirilib. Belə ki, onlar barədə “ifadələrinin alınması üçün” saxlanılma qərarı çıxarılıb.

Qeyd edək ki, “Gəzi Parkı” hadisələrinə görə keçirilən 7-ci məhkəmə prosesini İsveç, Hollandiya, İtaliya səfirliklərindən nümayəndələr, CHP millət vəkili Sezgin Tanrıkulu, CHP İstanbul şəhər rəhbəri Canan Kaftancıoğlu, HDP millət vəkilləri Garo Paylan və Ahmet Şık izləyiblər. (Qafqazinfo.az)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »