Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haftarın ordusu Türkiyə gəmisini vurdu

General Xəlifə Haftara məxsus ordunun nümayəndəsi Xalid əl-Mahcub Liviyanın Tripoli limanında türk gəmisinin vurulduğunu açıqlayıb.

TASS xəbər verir ki, gəmidə silah-sursat olub.

Əl-Mahcub bildirib ki, gəmi Türkiyədən gəlib və Milli Razılaşma hökumətinin qüvvələri üçün silah gətirib: "Bu, Liviyaya silah verilməsini qadağan edən beynəlxalq müqavilələrin pozulmasıdır".

Daha əvvəl Tripolinin əsas dəniz limanının atəş tutulduğu, bir neçə mərminin partladığı barədə məlumat verilmişdi.

BMT Baş katibinin Liviyadakı xüsusi nümayəndəsi Həsən Salam Tripoli limanının atəşə tutulduğunu təsdiqləyib. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »