Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır

ABŞ-ın “Google” şirkəti bu il “Google Station” layihəsinin icrasını dayandıracaq.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Xatırladaq ki, sözügedən layihə inkişaf etməkdə olan ölkələrin pulsuz internetlə təmin olunmasını nəzərdə tuturdu.

"Google" bəyan edib ki, layihənin reallaşdırılmasına başlanıldığı 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə internet xidmətləri bahalı və keyfiyyətsiz olub, bu gün isə vəziyyət xeyli dəyişib, yerli provayderlər bu məsələni yoluna qoyur, mobil internetə çıxmaq asanlaşıb, bütün dünyada rabitənin keyfiyyəti yaxşılaşır. Odur ki, “Google Station” şəbəkəsini daha da genişləndirmək çətindir.

Ötən illər ərzində Meksika, Braziliya, Nigeriya, Tailand, Filipinlər, Hindistan, Vyetmnam, İndoneziya, cəmi 3 ay bundan əvvəl isə Cənubi Afrikada qurulan şəbəkə bütün dünya üzrə 5 mindən artıq hotspotdan ibarətdir. Bunlar il ərzində ləğv olunacaq. (Report.az)

Paylaş »
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Binəqədi rayon İcra Hakimiyyəti təkzib edir
Son xəbərlər
Bütün xəbərlər »