Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində virusa görə pulları məhv edirlər

Çində koronavirusun qarşısını heç cür ala bilmirlər. Virusa yoluxanların sayı 73 mini keçib. Ümumilikdə dünyada 1871 nəfər buna görə həyatını itirib.

Bizimyol.info xəbər verir ki, koronavirus Çində daha bir problem yaradıb. Əsginaslardan istifadə etmək ciddi təhlükəyə çevrilib. Buna görə də Çin hökuməti dövriyyədə olan pulların bir hissəsini məhv etmək qərarına gəlib. Söhbət daha çox xəstəxanalarda, ticarət yerlərində, ictimai nəqliyyatda yığılan əsginaslardan gedir. Yəni insanların çox olduğu məkandakı pullardan. Məhz bu yerlərdə infeksiyanın yayılması ehtimalı böyükdür. Pulları toplayıb Quançjou şəhərində məhv edirlər.

Çin Mərkəzi Bankı kommersiya krediti verən təşkilatlara virusun geniş yayıldığı ərazilərdən gəlmiş əsginasları ayıraraq xüsusi şəraitdə saxlamağı tapşırıb. Qorunan əsginaslar sonradan dezinfeksiya olunacaq. Pullar insanlar kimi 14 gün karantində qalacaq və sonra dövriyyəyə qayıdacaq.

Son xəbərlər
Bütün xəbərlər »