Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi namizədlər xoşagəlməz hərəkətlərə yol verib" - Məzahir Pənahov

“Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik?”

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, onlara təlqin etmək istəyirlər ki, MSK-ya təqdim edilən görüntülərə onlarla birlikdə baxılsın: “Görüntü baxıb nəticə çıxarmaq və qərar qəbul etmək üçün MSK-ya təqdim edilir. Elə bəzi Dairə Seçki komissiyalarında, Məntəqə Seçki komissiyalarında da bu cür arzuolunmaz hallar yaşanıb. Bəziləri komissiya üzvlərinə diqtə edir ki, siz onu etməlisiniz, bunu etməlisiniz. Bu harada yazılıb?”

MSK sədri: "Bəzi yerlərdə namizədlər xoşagəlməz hərəkətlərə yol verib. Xoşbəxtlikdən bunlar epizodik xarakter daşıyır",- deyə bildirib. Məzahir Pənahov deyib ki, hər tərəf öz hüquqlarını bilməlidir.

MSK sədri qeyd edib ki, seçki günü səhərdən axşama qədər edilən xaotik hərəkətlər qeyri-adi görüntüləri ortaya çıxarıb: “Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »