Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BQP 9 fevral seçkilərinə münasibət açıqlayıb

Böyük Quruluş Partiyası (BQP) 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərə münasibətini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, BQP-dən verilən məlumata görə, sənəddə qeyd olunur ki, ölkənin seçki məntəqələrində təmsil olunan partiyanın müşahidəçilərinin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin rəyləri əsasında belə qənaətə gəlmək mümkündür ki, ümumilikdə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və müvafiq qanunvericiliyə uyğun şəkildə rəqabət qabiliyyətli, azad, demokratik və şəffaf şəraitdə keçirilib: “Bəzi seçki məntəqələrində Seçki Məcəlləsinin pozulması hallarının da vəd edildiyi kimi qanunla müəyyən edilmiş müddətdə Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən obyektiv və hərtərəfli araşdılacağına, adekvat hüquqi qiymət veriləcəyinə inanırıq. Yeni Parlamentin formalaşması ölkədə sabitliyin qorunması, zəruri qanunların qəbul edilməsi, beynəlxalq arenada milli maraqlarımızın təmin olunması baxımından da əhəmiyyət daşıyır. Vətəndaşlarımızın gözlədiyi daha təşəbbüskar və işgüzar bir Milli Məclis modeli ölkəmizin imici üçün də olduqca vacibdir və bu məsuliyyəti dərk edən deputatların bu istiqamətdə daha böyük fədakarlıqla çalışacaqlarına ümid edirik”.

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »