Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İşğalçı qüvvələrdə əsgər ölümləri: bir neçə general işdən çıxarıldı
Pasinyan - Osa-AK zenit-raket kompleksləri

Ermənistanın Qarabağda dislokasiya olunmuş işğalçı hərbi birləşmələrinin sıralarında son vaxtlar bir-birinin ardınca baş verən əsgər ölümləri, intiharlar bir neçə generalın işdən çıxarılması ilə nəticələnib.

Erməni mənbələrini xəbər verir ki, ötən gün Ermənistan hökumətində keçirilmiş xüsusi müşavirədən sonra bu gün Müdafiə Nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri istefaya göndəriliblər. Bura Ermənistan Hərbi polisinin rəisi Artur Bağdasaryan və Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə İdarəsinin rəisi, general-mayor Alik Aleksanyan da daxildir.

Dağlıq Qarabağda isə qondarma rejimin “müdafiə naziri”, general-leytenant Karen Abramyan öz postunu tərk edib. Onun yerinə birinci müavini, baş qərargah rəisi Cəlal Arutyunyan təyin olunub. Arutyunyanın vəzifəsini isə “müdafiə nazirinin” birinci müavini olan David Manukyan tutub.

Bu məlumatlar hələlik rəsmən təsdiqlənmir. Bununla belə hökumətdə keçirilən müşavirənin ardınca Ermənistan ordusunun Baş qərargah rəisi, general Artak Davtyan parlamentdə keçirilən brifinq zamanı orduda işdən çıxarılanların olacağını bildirib.

Lakin o qondarma “dqr” müdafiə nazirinin istefası barədə sualı şərh etməyib. Bildirib ki, bu məsələ onların “yuridiksiyasında” deyil. Qərarı “dqr prezidenti və müdafiə naziri” qəbul etməlidir.

Artak Davtyan ilin əvvəlindən bəri orduda 13 qeyri-döyüş itkisinin qeydə alındığını təsdiqləyib. Bildirib ki, onlardan 4-ü “bədbəxt hadisə” nəticəsində ölüb.(virtualaz.org)

Paylaş »
››› Avropanın 5 ölkəsi normal həyata qayıdır
››› Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
››› Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama
››› Koronavirusla əlaqələndirilən 5G əslində yeni dünyanın silahıdır
››› Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Son xəbərlər
Bütün xəbərlər »