Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da prezidentliyə namizədlərin sayı artır

ABŞ-ın tanınmış siyasət və iş adamı Maykl Blumberq (Michael Bloomberg) sabahdan etibarən prezident seçkiləri ilə bağlı yarışa qoşulur.

CNN xəbər verir ki, “Bloomberg L.P.” maliyyə, proqramlaşdırma, data və media şirkətinin sahibi olan M.Blumberq çərşənbə günü Las-Veqasda keçiriləcək Demokatlar Partiyasının prezidentlik müzakirələrində iştirak edəcək. 2002-2013-cü illərdə Nyu-York bələdiyyəsinin başçısı olmuş Blumberqə son məlumata görə, ölkə seçicilərinin 19%-i rəğbət bəsləyir.

M.Blumberqin kampaniyasının meneceri Kevin Şiki namizədinin başqa demokrat namizədlərlə birlikdə Donald Trampı məğlub edərək ölkəni birləşdirmək üçün ən sərfəli namizəd olduğunu bildirib: “Ölkənin üzləşəcəyi problemlərlə bağlı işlək planları müzakirə etmək fürsəti kampaniya prosesinin mühüm parçasıdır”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək.(report)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »