Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha 5 məntəqənin seçki nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 79 saylı İmişli Seçki dairəsindən namizədlər Hüseynli İlqar, Fərzəliyev Muradın və Əkbərli İltizamın şikayətinə baxılıb.

Bizimyol.info xəbər verir ki, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətlər eyni məğzi əhatə etdiyindən 1 əsasda birləşdirilib: “Müraciətlərdə çoxlu sayda videogörünü, protokol, akt MSK-ya təqdim edilib. Araşdırma zamanı hər iki namizəd MSK-da olub. Gecə saatlarına qədər biz onlarla araşdırmanı aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermə seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Fərzəliyev Murad isə 43 seçki məntəqəsindən 37-dən protokolları əldə edə bilib. F. Murad şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb. 14, 16, 21, 23, 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib.

MSK 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.

Qeyd edək ki, MSK-nın elan etdiyi ilkin nəticələrə görə 79 saylı İmişli seçki dairəsindən namizəd Razi Nurullayev ən çox səs alıb.

Son xəbərlər
Bütün xəbərlər »