Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
İclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.
Mərkəzi Seçki Komissiyasının iclasında 29 saylı Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrin yekununda müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, 29 saylı Səbail Seçki Dairəsinin lider namizədi Nigar Arpadaraidir.
Bizimyol.info