Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertlərdən Münhen açıqlaması: “Diplomatik qələbə hərbi qələbə ilə başa çatacaq”

Xəbər verdiyimiz kimi fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

“Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib”.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Bizimyol.info-ya bildirib ki, liderlərin debatı 25 il aparılan danışıqlarda heç bir nəticənin olmadığını göstərdi: “Bu görüşün bir faydası oldu ki, liderlər ilk dəfə beynəlxalq aləm və mətbuat qarşısında çıxış edirdilər. Məlum oldu ki Ermənistan işğalçılıq siyasətini davam etdirmək istəyir. Azərbaycan prezidenti haqlı olaraq Dağlıq Qarabağın tarixən Azərbaycana bağlı olduğunu vurğuladı və bunu əsaslandırdı. Dövlət başçısı bu görüşdə üstünlük əldə etdi.

Debat onu göstərdi ki, daha bir 25 il danışıqlar aparsaq heç bir nəticə əldə etməyəcəyik. Biz problemin mərəhələli həll yolunu deyirik, Ermənistan isə bunun əleyhinə çıxıraq status məsələsini ön plana alır. Dağlıq Qarabağın ətrafında olan rayonlardan danışmaq belə istəmir. Bu ərazini təhlükəsizlik zolağı kimi qiymətləndirir. O baxımdan debat faydalı oldu ki, hamımız qapalı görüşlərdə vəziyyətin necə olduğunu gördük”.

E.Şahinoğlu panel müzakirəsi zamanı liderlərin səsləndirdiyi əsas tezislərə toxunub: “Nikol Paşinyanın sözlərinə görə, 1920-ci illərdə bolşeviklər qərəzli şəkildə Qarabağı Azərbaycana verib və bolşeviklər ermənilərin düşmənidir. O zaman Prezident İlham Əliyev haqlı olaraq soruşdu ki, əgər siz bolşevikləri ermənilərin düşməni sayırsınızsa, Leninin, Stalinin dostu olan Stepan Şaumyanın adı Xankəndinə niyə verilib? Bəli, Paşinyan ziddiyətli mövqeydən çıxış etdi”.

Musa Quliyev

Deputat Musa Quliyev Bizimyol.info-ya bildirib ki, iki ölkə rəhbərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildən çox müddətdə bu məsələni dünya ictimaiyyətinə çatdıran, problemi açan, məsələnin mahiyyətini izah edən çox əhəmiyyətli görüş oldu: “Cənab Prezidentin həm tarixi faktlara istinad etməsi, həm beynəlxalq qurumların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in qəbul etdiyi qərarlara istinad etməsi, həm regiondakı tarixi-siyasi şəraiti izah etməsi ilə Dağlıq Qarabağın Azərbaycan torpağı olaraq Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələri nəticəsində Rusiyaya tabe olması və sovet höküməti yaranarkən verilən qərarlar nəticəsində Azərbaycanın tərkibində qalmasını təsdiq edən məsələlərdən danışdı.

Bütövlükdə, cənab Prezident bütün dünyaya sübut elədi ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt razı olmayacaq. Dövlət başçısı Paşinyana bildirdi ki, əgər ikinci dəfə müqəddəratınızı təyin etmək istəyirsinizsə, planetin başqa yerində özünüzə yer axtarın. Bu ifadə dünyaya bir mesajdır ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək.

Görüşün əhəmiyyətlərindən biri odur ki, liderlər öz xalqını nə qədər ləyaqətlə təmsil etmək imkanlarını, qabiliyyətini dünyaya bəyan elədi. Həmin görüşdə cənab Prezident çox yüksək səviyyəli, təcrübəli, dərin intellektə və biliklərə malik, həmçinin, stiuasiyanı idarə edən lider kimi görünürdüsə, Paşinyan orada sirk artisitindən yüksək performasn göstərə bilmədi. Özünü yalnız təlxək kimi göstərə bildi. Bu məsələ dünya mətbuatında işıqlandırılıb. Hətta erməni mətbuatı Paşinyanı görüş vaxtı bir daha özünü və Ermənistanı biyabır etdi kimi ifadələr işlədərək tənqid edirlər. Həmin görüşdə cənab Prezident bir daha göstərdi ki, Azərbaycanın lideri və liderin təmsil etdiyi xalq nə qədər demokratik dəyərlərə və dünyanın düzəninin sülh yolu ilə idarə olunmasına üstünlük verir. Və eyni zamanda, öz addımlarında və gələcəyə baxışlarıdan necə qətiyyətlidir.

Bu görüşün ən böyük əhəmiyyətlərindən biri o oldu ki, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyündən kənarda həlli yoxdur. Bütün dünya anladı ki, ümümmilli lider Heydər Əliyevin zamanında təklif etdiyi mərhələli həll planından optimal bir həll yolu yoxdur”.

Deputat Musa Quliyev deyib ki, bu görüş dövlət başçısının şəxsində Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və münaqişənin mahiyyətinin açılması istiqamətində növbəti bir qələbə olub: “Dövlət başçısı bu diplomatik qələbənin də siyasi və hərbi qələbə ilə başa çatacağına həm Azərbaycan xalqının inamını artırdı, həm dünya ictimaiyyətinə bir daha sübut elədi ki, bu məsələdə haqlı tərəf Azərbaycan tərəfidir. Ermənistan işğalçı tərəfdir. Cənab Prezident həmin görüşdə açıq tekstlə dedi ki, sizin sələflərinizlə biz danışanda məsələnin nə qədər həllinə yaxınlaşırdıq, amma müəyyən bəhanələrlə aradan çıxmağa çalışırdılar və sizin hərəkətləriniz də onlardan çox fərqlənmir. Bu da dünya qarşısında Ermənistanın bir daha işğalçılıq siyasətinin pislənilməsi və biyabır olması demək idi.

Biz deputat olaraq xalqın içərsindəyik. Şahidi oluruq ki, xalq öz liderinə, ali baş komandanına hər bir azərbaycanlının sevgisini artırmaqla yanaşı etimadını bir daha yüksəltdi ki, biz cənab Prezidentin rəhbərliyi altında biz ərazi bütövlüyümüzü təmin edəcəyik, işğaldan torpaqlarımızı azad edəcəyik və məcburi köçkünlərimiz öz ana torpaqlarına qayıdacaqlar”.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »