Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb

Pakistanın cənubunda Karaçi limanında zəhərli naməlum qazın havaya sızması nəticəsində ölənlərin sayı artıb.

“Geo TV”-nin verdiyi xəbərə görə, hadisə nəticəsində zəhərlənərək ölənlərin sayı 9-a çatıb.

Naməlum qazdan zəhərlənənlərin sayı isə 500 nəfərə yüksəlib.

Yerli hakimiyyət orqanları sakinlərin liman ərazisindən təxliyəsi üçün hazırlıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl Karaçi limanında naməlum zəhərli qazın sızması nəticəsində azı 5 nəfərin öldüyü bildirilib, 70 nəfər isə zəhərlənib.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »