Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi dostları ilə birləşib, sevgilisinə təcavüz edib

Polis Bakıda qrup halında qadına qarşı edilən təcavüz şikayətini araşdırır.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Fevralın 17-də 32 yaşlı Maştağa qəsəbə sakini Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.

Qeyd olunur ki, fevralın 16-da, saat 03:20 radələrində sevgilisi olan Etibar adlı şəxslə bərabər bir neçə nəfər onun mənzilinə daxil olub.

Qadın bildirir ki, kişilər tərəfindən döyüləndən sonra o, məcburi şəkildə avtomobilə mindirilərək, Xəzər rayonu Binə kəndində yaşayan Ruslan adlı şəxsin evinə aparılıb.

Şikayətdə göstərilir ki, qadın orada beş kişi tərəfindən təcavüzə məruz qalıb. Fevralın 17-nə keçən gecə sərbəst buraxılan qadın polisə müraciət edib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. Əldə edilən məlumatlar toplanılaraq, Xəzər Rayon Polis İdarəsinə və Prokurorluğuna göndəriləcək.

Hələlik qrup şəklində zorlanma faktı təsdiqini tapmadığına görə hadisə ilə əlaqədar cinayət işi açılmayıb.(oxu.az)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »