Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.
Ukrayna ordusunun seperatçılarla döyüşdə 1 hərbçisini itirdiyi, daha 4 nəfərin isə yaralandığı bildirilib.
Məlumata görə, separatçılardan isə 1 nəfər ölüb, 5-i də ağır yaralanıb.
Eyni zamanda atəşkəsə məhz separatçılar tərəfindən çağırış edildiyi, Ukrayna tərəfinin mövqelərini itirilmədiyini və vəziyyətə nəzarət etdiyi vurğulanıb.(report)