Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövlud Çavuşoğlu Yunanıstan prezidentinə cavab verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Qərbi Trakiyaya ziyarəti əsnasında işlətdiyi “müsəlman yunan azlığı” ifadəsinə münasibət bildirib.

O, bu barədə “Twitter” səhifəsində yazıb.

“Demokratiyanın beşiyi olduğu deyilən bir ölkənin prezidenti Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, müsəlman türk azlığına yenə yunan müsəlman azlığı deyib. Siz nə desəniz də deyin, Qərbi Trakiyadakı türk azlığı yüz illərdir türkdür, türk də qalacaq!”, - M.Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Yunanıstan prezidenti fevralın 16-da Qərbi Trakiyaya səfəri zamanı çıxışında Lozanna müqaviləsinə istinad edərək bölgədəki türk azlığının, sadəcə, dini azlıq olduğunu, İstanbuldakı pravoslav yunanların isə milli azlıq olduğunu iddia etmişdi.(report)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »