Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan parlamenti ətrafında qarşıdurma başladı

Tbilisidə Gürcüstan parlamentinin ətrafında gərginlik yaşanır.

Müxalifətçilər və ictimai fəallar qanunverici orqanın ətrafında aksiya keçirirlər.

Aksiyaçılar İrakli Şotadzenin ölkənin baş prokuroru təyin olunmasına etiraz edirlər.

Etirazçılar parlamentin giriş qapılarına yaxınlaşmağa cəhd ediblər, polis onların qarşısını alıb və nəticədə qarşıdurma baş verib.

Parlamentin sədri Arçil Talakvadze bildirib ki, keçirilən etiraz aksiyası Gürcüstanda demokratiyanın olduğunu göstərir.

Qeyd edək ki, ötən gün parlamentin Hüquqi məsələlər üzrə komitəsi İ.Şotadzenin baş prokuror postuna namizədliyini təsdiqləyib. Qanunverici orqanın bugünkü plenar iclasında məsələnin səsverməyə çıxarılacağı tarix elan olunacaq.(report)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »