Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfər Mehdiyev: "Yüksək idxal rüsumları qaçaqmalçılığa şərait yaradır"

Azərbaycan qanunvericiliyinin idxal əməliyyatları üzrə vergilərin və rüsumların həddindən artıq çox olması leqal fəaliyyət göstərən şirkətlərin bazara qaçaq yol ilə malların gətirilməsinə şərait yaradır ki, bununla bağlı mübarizə aparmaq çətinləşir.

Bizimyol.info xəbər verir ki, bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu elə bir sektordur ki, malın qaçaq yolla gəlməsi şansı digər mallara nisbətdə daha yüksəkdir.

"Biz bu gün birgə verə biləcəyimiz təkliflərlə gələcək fəaliyyətimizi müsbət mənada tamamilə dəyişə bilərik", - deyə S. Mehdiyev qeyd edib.

O həmçinin istehsalın qorunması üçün qanunvericiliyə yenidən baxılması, həm emal sektorunun inkişafında, həm də idxal əməliyyatlarında şəffaflığın təmin olunmasında hər zaman sahibkarlara dəstək verməyə hazır olduğunu bildirib.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »