Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ticarət mərkəzi yanıb - Video

Bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Bizimyol.info xəbər verir ki, yanğın mərkəzin birinci zonasının 9-cu sırasında baş verib.

Hadisə nəticəsində 16 mağazanın ziyan çəkdiyi bildirilir.

Hadisə yerində olan “Sabit” mühafizə xidmətinin əməkdaşlarından 2 nəfərin halı pisləşib. Elə hadisə yerində mühafizəçilərə ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın haqqında məlumat səhər saat 07:39-da daxil olub

O deyib ki, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub: "İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır".

Son xəbərlər
Bütün xəbərlər »