Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaraqoyunlu Cahan şahın qara “kabusu”

və ya erməni rahiblərini Qafqaza dəvət edən zehniyyət

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan debat hələ də müzakirə olunmaqda davam edir.

Bu baxımdan tanınmış tədqiqatçımız Adıgözəl Məmmədovun yazısını təqdim edirik.

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyana ən yüksək səviyyədə və tarixi faktlara söykənərək tutarlı cavab verməsini, qürur hissini ilə izləyirdim. Məndə bir Azərbaycan yazıçısı kimi erməni qaragürühçularına cavab olaraq 2019-cu ildə “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır” kitabı oxucularımızın ixtiyarına verdim. Kitabda söhbət Qafqaz Albaniyasında vahid hakimiyyətin süqutundan sonra Cənubi Qafqazda meydana gəlmiş, orta əsrlərin oturuşmuş dövlətlərindən sayılan Şirvanşahlar dövlətindən gedir.

Bu suallara cavab tapmağın çətinliyi təkcə Şirvanşahlar dövlətinin qədimliyi ilə bağlı deyil. Həm də bu çətinlik onun tarixində tamamilə fərqli mədəniyyətlərin və sülalələrin çulğalaşması ilə izah oluna bilər. İkinci bir tərəfdən rus yazarı Vladimir Fyodoroviç Minorskinin ingilis dilində olan uydurma Şirvanşahlar tarixi kitabında, bu ərazilərdə ermənilərin olmasını qeyd etməsi Şirvanşahlar tariximizə ən böyük vurulmuş zərbədir. Təsadüfü deyil ki, V.F. Minorskinin bu yalanla dolu Şirvan tarixini tez bir vaxtda erməni tarixçisi Q.Q.Mikaelyan rus dilinə tərcümə edərək, sovet tarixşunaslığında dövriyəyə buraxdı.

Bu və digər suallara cavab vermək üçün kitabın içərisində ilk dəfə Mirzə Kazım bəyin Sank-Peterburqda 1851-ci ildə nəşr etdirdiyi "Dərbəndnamə”si (Dərbənd qədim Şirvan şəhəridir və kitab Şirvan tarixi ilə bağlıdır) doğma dilimizə tərcümə edilərək Azərbaycan oxucusuna təqdim edilir. Kitabımda təqdim olunan Mirzə Kazım bəyin tərcümə əsərində isə bir dənə də ermənilərlə bağlı bir kəlməyə də rast gələ bilməzsiniz. Çünki o dövrdə Şirvan-Azərbaycan torpaqlarında bir dənə nə erməni, nə də erməni icması yaşamayıb.

Eyni zamanda da, son zamanlar qədim Şirvan-Azərbaycan dövlətçilik tarixinin öz tarixi keçmişi kimi göstərmək istəyən qonşularımızın (iran və gürcü) iddialarına son qoymaq üçün bu kitab xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan kitabın ilk olaraq öz doğma dilimizdə olmasını daha vacib saydım. Amma qonşularımızın əsassız iddialarına tutarlı cavab olacağı və Azərbaycan milli dövlətçiliyinin daha qədim olmasının sübut edilməsi baxımından, bu kitabıın ingilis dilinə tərcümə edilərək yayılmasıda nəzərdə tutulur.

Sevindirici hal budur ki, bu gün Şirvanşahlar tarixinə böyük diqqət verilməyə başlanılmışdır. Hətta vaxtı ilə Mustafa Kamal Atatürkdə Şirvanşahlarla maraqlanmış və bu tarixin araşdırılmasıyla bağlı tapşırıqlar da vermişdir.Belə ki, bir gün Mustafa Kamal Paşa Çankaya köşkündə işlər müdüri (genel sektreter) olmuş,onun yaxın silahdaşı Tevfiq Paşadan Ələviliyin kökü barədə və Anadoluda yayılmasının səbəbləri barədə maraqlanır. Tevfik Paşa Anadoluda Ələvi təliminin (Həzrət Əlini İmam kimi tanıyanlar) XII əsrdə yaşamış Şeyx Səfidən qaynaqlandığını bildirir. Atatürkün bu dini xəttə loyal münasibəti var idi(onun atasının Əlirzanın da Ələviliyə bağlılığı barədə səhih məlumatlar var-A.M.).Xüsusəndə Peyğəmbər nəslinin nümayəndəsi Məkkə Mədinənin şərifi olmuş Şərif Hüseyn Haşiminin, müsəlman türk əsgərinə qarşı 1916-cı ildə “Öldürün” fitvasını verməsi,Mustafa Kamalın xatirəsindən silinməmişdi. İslamda əhli sünənin hənəfiçilik xəttdində olan bir şərifin, öz dindaşlarına qarşı belə bir fətfanın verməsi, əslində İslam pərdəsi altında gizlənmiş bir din adamının antitürk ərəbizmi idi. Buna görə də Türk Paşaları 1-ci Dünya müharibəsi zamanı ingilislərdən daha çox xəyanətkar bu xətt ərəbizmdən daha çox zərbə aldıqlarını qeyd edirdilər. Ola bilsin ki. 1925-ci ildə Mustafa Kamal Paşanın xəlifəliyi ləğv etməsi həm də bu acı yaddaşdan irəli gəlirdi. Tevfik paşa Şeyx Səfi ideoloji konsepsiyasının dövlət xətti kimi özünü biruzə verməsini Şeyx Cüneydin (Şah İsmayılın babası) vaxtından başladığını söylüyür. Tevfik Paşa Mustafa Kamal Paşaya həm Şeyx Cüneydin, həm də onun oğlu Şeyx Heydərin Şirvanşahlar tərəfindən müharibədə məğlub edilərək öldürüldüyünü bildirdikdə, Atatürk “YAHU BU NE MEMLEKET, ŞİRVANŞAHLAR KİM?” deyərək Şirvanşahlar, o cümlədən də, Səfəvilərlə (Şeyx Cüneyd, Şeyx Heydər və Şah İsmayıl) onların qarşıdurmasının tarixi səbəbləri haqqında araşdırılma aparılmasını Tevfik Paşaya tapşırır. Onu da qeyd etmək istəyirəm ki,Tevfik Paşa 1931-ci ildə Türk Tarif Kurulu başkanı təyin edilir. Burada incə bir məsələ ortaya çıxır. Atatürk bu tarixi araşdırmanı Sunnizm və Ələvilzimə meyillilik yaranmasın deyənə obyektivlik naminə türk tarixçilərinin deyil, əcnəbi bir tarixçinin araşdırmasını daha məqsədəuyğun sayır.Tevfik Paşa uzun bir incələmədən sonra tanınmış iranşünas alman alimi Dr. Wolter Hanzin tədqiqatları ilə tanış olur.Çünki, Dr. Hanz istər türk, istərsə də İran tarixşünaslığına məlum olmayan səhih mənbələrdən istifadə edərək o dövrü əhatə edən mükəmməl tarixi əsəri qələmə almışdı.

XIV əsrin sonlarında şimal-şərqdə Canik (Samsun), şərqdə Sivas, cənub-şərqdə Karamanadək bütün Anadolu bəylikləri Osmanlı dövlətinin tərkibinə daxil oldu. XV əsrin əvvəllərində Anadoluya özünün çoxsaylı qoşunu ilə Teymur (1402-ci il Ankara döyüşü) I Sultan Bəyazid (1389-1402-ci illərdə hakimiyyətdə olub) məğlubiyyətə uğradı və sultan əsir düşdü. Anadolunun böyük bir hissəsi əvvəlki bəyliklərə bölündü.

Yalnız Sultan II Murad (1421-1451-ci illərdə hakimiyyətdə olub) 1444 və 1448-ci illərdə xaç yürüşü ordularını əzdi, onun oğlu II Mehmet isə (1451-81-ci illərdə hakimiyyətdə olub) demək olar, iki aylıq mühasirədən sonra Konstantinopolu aldı (29 may 1453-cü il). Bizans imperiyasının mövcudluğuna son qoyuldu, Konstantinopol (İstanbul) isə Osmanlı imperiyasının paytaxtına çevrildi.

Artıq bu dövrdən başlayaraq regionun daimi faktoru türklər idi.

Bu zaman regionda ikinci böyük bir türk dövləti Qaraqoyunlu mövcud idi.

Qaraqoyunlu Cahan Şah

Ümumi mövzudan bir haşıyəyə çıxaraq qeyd etmək istəyirəm ki, 1441-ci ildə, xaç yürüşlərinə dəstək vermiş erməni kilsəsi öz varlığını II Muraddan qorumaq üçün Qaraqoyunlu dövlətinin hakiminin - Cahan şahın qanadının altına sığınır. Erməni kilsə mərkəzinin Qafqaza köçürmək üçün bütün imkanlardan istifadə edərək (1436-1467) Cahan şahdan icazə almağa müyəssər olur.Bu hadisə barədə erməni salnaməçisi Arakel Davrijetsi(1590-1670) erməni ruhanilərinin rəhbəri, patriarx Zakariyanın Cahan şahla görüşünü belə təsvir edir: Qaraqoyunlu hökmdarı Cahan şah Qriqorian kilsəsi üçün müasir İrəvanın yaxınlığında-Eçmiədzində torpaq sahəsi ayırır: “Hökmdar-Cahan şah və şahbanu Bəyim xatın onu (patriarxı) böyük hörmətlə qarşılyıb şərəfinə ziyafət təşkil etdilər, xələt bağışladılar, müdrik Qriqorun müqəddəs çürüməyən əlini və patriarx titulunu təqdim etdilər. O, Tanrının köməkliyi, müqəddəs Lusaroviçin izni və padşahın əmri ilə müqəddəs Eçmiədzinə, gəlib Tanrının və həvarilərin təsviri olan taxt-taca çıxdı, kainatın bütün guşələrində yaşayan xristian xalqının (ermənilər nəzərdə tutulur-A.M.) patriarxı oldu (Ramiz Mehdiyev “Qriqorian kilsəsi səfəvilər dövlətinə qarşı casusluq aləti kimi XVII əsr və XVIII əsrin birinci rübü”, Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Bakı: 2019 - səh. 16)”.

Maraqlı budur ki, patriarx Zakariya nəyin müqabilində bu icazəni Cahan şahdan ala bilir və nədən müsəlman Qaraqoyunlu dövləti erməni kilsəsinin himayəçisi rolunda çıxış edir.Amma nə səbəb gətiriksə gətirək, realliq odur ki, Qaraqoyunlu dövlətinin ölkə içərisindəki yaşanan dini mühiti və ərsəyə gələn mənəvi irsi bu cür idi. Bu da zəif milli və islami şüuri olan bir dövlətdə digər dini cəryanların sərbəst inkişafına şərait yaradırdı.Ancaq burda bir məqamı da unutmaq lazım deyil ki, XIII-XV əsrlərdə Qara dənizdəki Trabzon limanı erməni tacirlərinin əlində idi və dünya ticarət dövriyyəsində onların xüsusi payı vardı. Bax, Osmanlı sultanlarından özlərini qoruyan bu zəngin ermənilərin Cahan şahı “razı salmaqlarıdır”. Cahan Şahın erməni kilsəsinə verilən səlahiyyətlər o qədər çox idi ki, bunun nəticəsində Eçmiədzin dövrün iri torpaq sahibinə çevirilmiş, erməni din xadimlərinin maddi vəziyyətləri yaxşılaşmış, xaricdə yaşayan ermənilərin illik ianələri, xristian missioner təşkilatlarının maddi köməyinə qarşı, istənilən maneələr aradan qalxmışdı.

Eçmiədzin monastırı-Ermənistan patriarxı katolikosun iqamətgahı təkcə vəqflər, yəni müxtəlif vaxtlarda kilsəyə vəsiyyət və hədiyyə edilmiş daşınmaz əmlakla məhdudlaşmırdı. Yeri gəlmişkən, bu əmlakı müsadirə etmək, girov qoymaq və ya şəxsi mala çevirmək mümükün deyildi.Sonradan onlar daha da uzağa gedərək bütün alban kilsələrini erməni kilsələri kimi elan etdilər(Mamrux (Zaqatala rayonu – IV əsr), müqəddəs Yelisey (VI-XIII əsrlər), Xatravak (XIII əsr), Böyük Aran (VI-XIII əsrlər), Gəncəsar (Ağdərə rayonu – XIII əsr), Yedi kilsə (V-VIII ərlər), Amaras (Xocavənd rayonu –IX-XIII əsrlər), Xotavənk (Kəlbəcər rayonu – XIII əsr), Həmşivank (Gədəbəy rayonu – XIII əsr), Hütəbənk (Hadrut rayonu (Hadrut rayonu – XIII əsr), Tatev (Zəngəzur rayonu – IX-XI əsr), Ağarsin (İcevan rayonu IX – XIII), Qoşavənk (İçevan rayonu – XI – XIII), Keçaris (İcevan rayonu XI-XIII əsr).

Bax bu abı –havada erməni kilsəsin hamisi Qaraqoyunlu hökmdarı Cahan şahla Səfəviyyə dini xəttinin başında duran Şeyx Cüneyd arasında ciddi ziddiyət yaranır. Erməni kilsələrinə qayğı ilə yanaşan Cahan şah, Şeyx Cüneydin müridləri tərəfindən qınaq atəşinə tutulur. Ermənilərin hamisi roluna keçən Çahan şaha nifrət edən bir çox türkmən tayfaları Şeyx Cüneydin ətrafına yığışırlar. Artlq Cahan şah üçün təhlükə mənbəyinə çevrilmiş Şeyx Cuneyd və onun müridləri Qaraqoyunlu dövlətinin sərhədlərindən kənara çıxardılır. Şeyx Cüneyd Ağqoyunlu hökmdarı Həsən şaha (Uzun Həsən) üz tutur və onun hifsinə sığınır. Uzun Həsən Şeyx Cüneydin təlimlərinin türkmən tayfalaraına təsirini başa düşərək gələcəkdə də onun taxt-tacına təhlükə törənməsin deyə Şeyx Cüneydə bacısını verərək onunla qohum olur. əslində bu Şeyx Cüneyd üçün də əlverişli bir izdivac idi. Onun dini ideyalarına siyasi güc verirdi. Sonradan isə Şeyx Cüneyd oğlu Şeyx Heydəri də Uzun Həsənin qızı ilə evləndirir.

1458-ci ildə Amid-də (Ağqoyunlu dövlətinin Təbrizdən öncəki paytaxtı, müasir Türkiyədə kürdlərin daha çox məskunlaşdığı indi ki, Diyarbakır şəhəri-A.M.)toy mərasimi (Uzun Həsənin Trapezund kraliçası Despina xatunla olan toy mərasimi nəzərdə tutulur-A.M)bitmədən Ağqoyunlunun Trapezund rumları(müasir Trabzonla)ilə ittifaqa girməsi öz nəticələrini göstərməyə başlamışdı. Bununla da Uzun Həsən qeyri-ixtiyari olaraq Şərq və Qərb dövlətləri arasında qarşılıqlı maraqlara söykənən dünya tarixində az saylı dövlətlərdən birinə çevrilmişdi.

İstanbulun Türklər tərəfindən alınması ilə (1453) Avropada xaçlı səfəri fikirləri yenidən canlanmışdı. 1456-cı ildə Paşa rahib Lodiviconun, Trapezund (Trabzon) və Gürcüstana göndərərək bu yerləri Türklərə qarşı səfərə sövq etməyə çalışırdı. Papanın elçisi rahib Lodiviconun olduqca hiyləgər və eyni zamanda da məkirli bir diplomat idi. Gürcüstandan dönüşündən rahib Lodiviconun Trapezund rumlarının hökmdarı imperator Davidlə görüşərək, Papanın planlarında onu xəbərdar etdi. Despina xatun(İmperator Davudun bacısı, Uzun Həsənin arvadı. Şah İsmayılın nənəsi-A.M.)vətəninə kömək üçün həyat yoldaşı Uzun Həsəni mütəmadi olaraq Osmanlılara qarşı döyüşə vadar edirdi. Amma İmperator David,Uzun Həsənin ordusunun Sultan Fatehi saxlayacaq gücə sahib olmadığını bilirdi. Bu məqsədlə o, rahib Lodiviconun köməyi ilə Minqrel hakimi Dadian;Kartlı kralından;Kür çayının yuxarı başında yerləşən Samçe Atabəyliyi və digər gürcü bəyləri ilə danışıqlra başladı. Bütün bu bəylik və hakimlər Papa ilə görüşmək üçün öz elçilərini Lodiviconu iləm birlikdə Vatikana göndərdilər.Uzun Həsən də, rahib Lodiviconu ilə birlikdə öz elçisini Papa ilə görüşə göndərdi(əslində onun əsas niyyəti Trabzonu Ağqoyunlu dövlətinə birləşdirmək idi, lakin buna hələ gücü yetmirdi. Ona görə də qaynı İmperator Davidə bu məqsədini göstərməmək üçün onunla bərabər hərəkət edirdi. Eyni zamanda da 1459-cu ilin fevralında (gürcü qaynaqları bu təşəbbüsü 1456-cı ildə olmuş kimi göstərirlər-A.M.)Uzun Həsənin Qahirəyə göndərdiyi elçisi Məmlük sultanına altı qalanı gürcü kafirlərinin əlindən qurtardığını müjdələmişdi. Uzun Həsən kilsə və manastırları qarət etmişdi. Əsirlə götürmüş,rahiblərin bir çoxların öldürmüşdü. Bir çox kişi və uşaqlar əsr götürülmüşdü. Xristianların bir qismi satılmış,bir qismi isə müsəlmanlara kölə olmuşdu.Beləcə Ağqoyunlular çoxsaylı qənimətlə Ərzuruma dönmüşdülər.-A.M.)Rahib Lodoviconu,Sinop Bəyi və ünvanına “Qızılı bol,cəsarəti az” söylədiyi, Karaman bəyi də Osmanlılara qarşı ittifaqa qoşduqdan sonra 1460-cı ilin dekabr ayının sonunda Şərq ölkələrini təmsil edən bir elçi heyyətinin başında Romaya çatdı. Roma xalqını heyrətə salan cəhəd,çox parlaq geyimlər içində,Trabzon imperatorluğu ilə Gürcü bəylərinin təmsilçilərindən başqa, Uzun Həsənin müqəddəs xristian paytaxtı,Romaya elçi göndərməsi idi. Xristian Avropasında ən çox marağa səbəb olan və haclı səfərlərinə qoşula biləcək bir müsəlman dövlətinin niyyəti və bunun dilə gətirən bu dövlətin elçisi idi. Elçilər heyyəti Roma görüşlərindən sonra 1461-ci ilin mayında Burqundiya kralı Fliplə görüşürlər(Filip 1459-cu ildə Mantuada xaçlılar məclisi toplayaraq,avropa şahzadələri ilə birlikdə xristianlıq düşmənlərinə qarşı eyni zamanda müharibə etmək qərarını vermişdilər və onlardan şərqə bərabər səfər edəcəklərinə dair təminat almışdı-A.M). Burqund sarayında ən çox diqqət çəkən avropalıların təsbirincə desək müsəlman Mesopatimiya sultanın elçi göndərməsi idi. Qərb saraylarında Uzun Həsəni sultan Fatehdən ayırmaq üçün onun elçisinə İkinci Türk Fatehin nümayəndəsi adını vermişdilər. Uzun Həsən bütün danışıqların əsas mövzusu idi,lakin Şərq elçilərinə parlaq qəbul mərasimlər quran Avropa şahzadələrinin əslində xaç yürüşlərinə heç də niyyətli olmamaları idi. Bunuda Uzun Həsənin elçisi artıq duymuşdu. Şübhəsiz ki, Sultan Fatehə qarşı qurulacaq Trapezund-Gürcüstan-Mesopatomiya üçlü ittifaqının söykəndiyi dayaq əlbəttə ki, Ağqoyunlu dövləti olacaqdı. Ancaq Qaraqoyunlularla haqq-hesabı çürütməmiş Uzun Həsənin bütün qüvvəsini Sultan Fatehə qarşı yönəltməsi olduqca təhlükəli idi. Bu ərəfələrdə Amiddə məskunlaşan və Uzun Həsənin bacısının əri Səfəviyyə xəttinin imamı Şeyx Cüneyd də (Uzun Həsən bacısı Xədicə Bəyimi 1459-cu ilin əvvəllərində Şeyx Cüneydə ərə vermişdi-A.M) Ağqoyunlu dövlətinin sıx-sıx müharibələrinin və qarışıq diplomatik siyasətini də izləməkdə idi. O, burada Uzun Həsənin qardaşlarının (Mardində Cahangir, Ruhada Oveys) daimi üsyanlarının 1458-ci ildə Qaraqoyunlulara qarşı Ağqoyunluların etdiyi müzəffər döyüşlərinin şahidi olmuşdu və bunlar Cüneydin baxışlarında dərin bir iz qoymuşdu. O, Uzun Həsəsnin Qaraqoyunlu hökmdarı Cahan şah tərəfindən xarabaya çevrilən Erzincanı zəbt edib 1457-1458-ci illərdə isə burada Gürcüstana da hücumuna şahidlik etmişdi. Şeyx Cüneyd burada Ağqoyunlu Türkmənlərinin döyüş hekayələrini dinləyirdi. Bu abı-hava içində, Şeyx Cüneyd üç illik bir fasilədən sonra köhnə sərgüzəştlərini ağlına keçirməsi təmamilə mümükündür. Bir il sonra (1459), hamilə həyat yoldaşını geridə qoyub, xeyli saylı müridləri və onu müşayət edən silahlı heyəti ilə Amidi (Diyarbakırı) tərk etdi. Güman edə bilərik ki, o, 1459-cu ilin iyul ayında oranı tərk etmişdi. Osmanlılara qarşı edilən təşəbbüsün təhlükəsi içində Trapezund İmperatoru David Osmanlılara ödəməli olduğu 3000 lirənin bağışlanmasını istəmək üçün Uzun Həsənin Sultan Fatehin rica etməsini istədi. Uzun Həsən qaynının istəyinə əməl etdi və 1459-cu ildə İstanbula bir heyyət göndərdi. Heyyət başçısı Uzun Həsənin qardaşı oğlu Murad bəy idi. Murad bəy 60 il müddətində verilməyən Sultan Fatehin ulu babasına aid əsgər geyimini, səccadəsini və bu kimi digər əşyalarını(xalça, kilim və s.) hədiyyə verdi. Ancaq Murad bəy təkcə imperator Davidin vergi borcunun bağışlanmasını istəmədi, daha da irəli gedərək (Uzun Həsənin həyat yoldaşının təkidi ilə-A.M.) vaxtilə Trapezund krallığına aid olan və Despina hatuna(Uzun Həsənin arvadı-A.M.) cehiz kimi verilən, Kapadokyanı (Kayseri bölgəsini) Ağqoyunlu dövlətinə təslim edilməsini istədi. Bu cür iddialar qarşısında Osmanlı sultanının nə edəcəyini başa düşmək üçün böyük zəkaya ehtiyac yoxdur. Uzuzn Həsənin çox istəyərək ən azı bəzi arzularını əldə edə biləcəyini düşünməsi böyük bir yanlış idi. Sultan Fatehin cavabı qeyri-müəyyən olduğu qədər də qorxunc idi: “Tezliklə şəxsən gəlib vergi işini yerində həll edəcəyəm.”

Yuxarıda göstərilən bu siyasi mübahisələr güc yolu ilə həll edilənə qədər Şeyx Cüneyd artıq Ağqoyunlu dövlətini tərk etmişdi. Fateh Qara dəniz kampaniyasına gəmilərini hazırlayarkən imperatorDavid Trabzon qalasını Genoese topatanları ilə möhkəmləndirdi, Uzun Həsən isə Türkmən atları ilə ermənilərin xəyanətindən qorunmaq üçün onları sərhəd bölgələrindən uzaqlaşdırırdı. Şeyx Cüneydə gəlincə, o, əcdadının vətənində Savalanın qarlı təpələrindən, Ərdəbil bağlarını, iri məscidlərini və tarlalarını seyr edirdi. 1204-cü ildə Gürcüstana aparılmış ulu babaları Sadreddin tərəfindən qapıları yerlərinə qaytarılmış Ərdəbil məscidində müridlərinə Səfəviyyə təlimlərini tədris edirdi...İndi Səfəvi məzhəbi məbədində yetkin bir adam kimi yerləşirdi;Şagirdləri şəhərin qarşısında düşərgə qurmuşdular.

Ağqoyunlu dövləti hökmdarının bacısı ilə evlənən Şeyxin hörməti, bölgənin hər yerinə yayıldı və bu evliliyin onun nüfuzunun artmasında çox kömək oldu. Belə bir vəziyyətdə, 11 il əvvəl Ərdəbildən qovulmasına səbəb olan əmisi Şeyx Cəfər əvvəlki kimi ona çox ciddi rəqib kimi baxırdı. Uzun Həsən ilə birləşən Şeyx Cüneyd, artıq əmisi Şeyx Cəfərin hiyləsi ilə 1448-ci ildə Cahan Şah tərəfindən Ərdəbildən qovulan zəif bir insan deyildi, o artıq Qaraqoyunlu dövləti üçün böyük təhlükə idi.Bu təhlükə barədə və onu yenidən sürgün etdirmək üçün Şeyx Cəfər Cahan Şaha elçi göndərir. Qaraqoyunlunun tərkibində olan Ərdəbildə, Şeyx Cüneyd vasitəsilə Ağqoyunlunun təsirinin artacağından əndişələnən Cahan şahı hərəkətə keçir. Cahan şahın Şeyx Cüneydin üzərinə əsgər göndərməsi xəbərindən sonra, Şeyx Cüneyd 1459-cu ilin payızında “Çərkəzlərlə döyüşmək üçün şimala yola düşdü. Heç bir müxalifət görmədi. Bundan sonra o, Qafqaz dağlarından enərək, Şirvanın zəngin düzənliyini keçərək mülayim Qarabağda düşərgə qurdu.

Burada işlər çox yaxşı gedirdi. Şirvan hökmdarı I Xəlilullah Şeyxin bu axınından narahat olsa da ona qarşı xoşgörü davranmışdı. Türk tarixçisi Aşık Paşazadəyə görə Şirvanşah Şeyx Cüneydi torpaq vergisi ilə özünə bağlı olan çərkəzlərdən mühafizə etmişdi də. Şirvanşah I Xəlilullahın narahatçılığı olsa da, böyük bir ruhaniyə qarşı müharibə açmaq ağlının ucundan belə keçmirdi,lakin aralarındakı intiriqalardan xəbərsiz olan Şirvanşaha Şeyx Cəfərdən məktub çatdırırlar. Məktubda Şeyx Cüneydin əsl niyyətinin Şirvan torpaqlarını işğal etmək və Səfəvi Təkkəsini Şamaxıya köçürmək olduğu bildirilirdi və məktubda qardaşı oğlunun qəyyumu olmadığını və dərhal üsyançı bir qurum olaraq onun təmizlənməsini istəyirdi. Məktubda üstüörtülü Şirvanşah Qaraqoyunlu hökmdarı Cahan şahı da təhdid edirdi. Kömək üçün Cahan şahın da Təbrizdən bir Türkmən dəstəsi göndərəcəyini də yazırdı.

Bu məktubdan sonra Şirvanşah baharda nəzərdə tutulan döyüşlərə hazırlaşmağa başladı. Tabasaran hökmdarı da öz qoşunu ilə Şirvanşahın yanında yer alacaqdı. Şirvanşah I Xəlilullah silah tətbiq etməzdən əvvəl Şamaxı din adamlarından birini Şeyx Cüneydin yanına elçi göndərdi və onun Şirvandan dərhal çıxmasını istədi,lakin Şeyx Cüneyd Şamaxıdan elçi qismində gələn bu din adamını öldürməklə Şirvanşahı bu addımı ilə cavbalandırdı.

Şirvanşah paytaxt Şamaxıdan hərəkətə keçdi; Şeyx qüvvələrini qorumaq üçün Qafqazdakı Elbrus dağ silsiləsinə Karasu vadisinədəki hündürlüklərə yön aldı. 4 Mart 1460 cümə axşamı günü baş verən döyüşdə Cüneyd əmisi Şeyx Cəfərə bağlı bir türkmən oxcu tərəfindən oxla öldürüldü. Şeyxin cəsədini sadiq şagirdləri daşıyaraq yaxınlıqdakı bir yerdə dəfn etdilər.

Şeyx Cüneydin ölümündən bir ay sonra, oğlu Heydər dünyaya gəlir (1460). Bu uşağa sözün həqiqi mənasında bir şiə adı Heydər, yəni aslan adı verilir. Uzun Həsən Səfəvi varisi bu uşağın qəyyumluq vəzifəsini öz üzərinə götürdü. Təbriz Uzun Həsənin paytaxtına çevrilənə qədər Heydər Diyarıbakırda böyüdü, bu müddət ərzində Heydər əcdadının ocağı Ərdəbilə də gedib-gəlirdi.

Heydərin bu dövrü (1460-1470-ci illərdə) Ağqoyunlu dövlətinin artan siyasi inkişafına tuş gəlmişdi.Sonralar onunda şəhid olmasında bir-başa Ağqoyunlu hökmdarının əmri əsas təşkil etmişdi.1488-ci il 9 iyul tarixində Elbrus dağının ətəyində Dartanat kəndinin yaxınlığında Şirvanşahlar və Türkmənlərdən ibarət Ağqoyunlu ordusu ilə Şeyx Heydərin başçılıq etdiyi Səfəvi Qızılbaşlarla şiddətli döyüş baş verir. Bu döyüşdə Şeyx Heydər Şirvanşahlara dəstək üçün gəlmiş Ağqoyunlu ordusunun başında duran Süleyman bəyi bir mizrab vuruşu ilə öldürmədən yaralayır. Bu həmin Süleyman bəy idi ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin zamanında Kürd qalası Bitlisin fatehi olaraq şöhrət qazanmışdı. Süleyman bəyin yerə düşməsini görən türkmənlər Şeyx Heydəri ox atəşinə tutmağa başladılar. Şeyx Heydər təsadüfi oxların birinə tuş gəlir və atın da səndəlləyir. Bunu görən Ağqoyunlu hökmdarı Sultan Yaqubun şəxsi yavəri Əli Ağa sivri qılıncı ilə Şeyx Heydərin başını kəsir. Bu hadisə Qızılbaşların arasında böyük qəzəbə və ümidsizliyə səbəb olaraq döyüşün taleyini həll edir. Qızılbaşların faciəvi məğlubiyyəti barədə Ağqoyunlu hökmdarı Sultan Yaquba xəbər verildikdə,o, Şeyx Heydərin başını paytaxt Təbrizə gətirilməsini əmr edir. Ağqoyunlu paytaxtı Təbrizdə Şeyx Heydərin başını bütün küçələrdə göstərməlik dolaşdırdıqdan sonra şəhərin hündür bir yerindən asırlar(sonradan Təbriz sakinlərindən biri Şeyx Heydərin kəlləsinin bu hündür yerdən gecə ikən aşıraraq götürüb mumyalamış və evində qorumuşdu, yalnız 1502-ci ildə Səfəviyyə dövlətinin banisi Şah İsmayıla təqdim etmişdi. Bunun qarşılığında o Təbriz sakininə öz ağırlığı qədər qızıl verilmişdi-A.M.). Yaxın günlərdə Azərbaycan oxucusuna təqdim edəcəyim Dr. Wolter Hanzın sözü gedən tədqiqat əsərini “Şirvanşahların qürubu Alman tarixçisinin gözü ilə” (kitabın azərbaycan versiyasında adı belə olacaq-A.M.) kitabı inanıram ki, uydurma bir, çox tarixi tezləri alt-üst edəcək səviyyədə unikal tədqiqat əsəri olacaqdır.

Adıgözəl Məmmədov Adıgözəl Məmmədov
Son xəbərlər
Bütün xəbərlər »