Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milyarder bəşəriyyətin təhlükəsizliyi üçün 10 milyard dollar vəsait ayırıb
Ceff Bezos

Dünyanın ən zəngin insanı Cef Bezos iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar bağışlayacaq.

BBC-nin verdiyi xəbərə görə, ayırdığı vəsait elm adamları, fəallar və digər qrupların fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunacaq.

"Mən bəşəriyyətin üz-üzə qaldığı iqlim dəyişkənliyi təhlükəsi ilə mübarizədə mövcud üsullarla yanaşı, eni üsulların işlənib hazırlanmasını istəyirəm",- deyə dünyanın ən zəngin insanı bildirib.

O, vəsaitin bu ilin yayında köçürüləcəyini söyləyib.

Qeyd edək ki, Cef Bezosun ümumi sərvəti 130 milyard dollar həcmindədir. İqlim dəyişkənliyi ilə mübarizə üçün nəzərdə tutduğu məbləğ isə iş adamının ümumi sərvətinin təxminən 8 faizini təşkil edir.(apa)

Paylaş »
››› Vəliəhd şahzadə Putinin sözlərindən incidi, danışıqlar təxirə düşdü
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiyada dəhşətli qətl: 5 nəfər səs-küy saldıqlarına görə güllələndilər
Son xəbərlər
Bütün xəbərlər »