Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya polisi türklərin toy karvanındakı adamları axtarır - Video

Dörd gün əvvəl Almaniyanın paytaxtı Berlində türkiyəlilərin toy karvanının yerli adamları heyrətə gətirdiyi haqda yazmışdıq.

Onda bahalı avtomobillər küçənin ortasında əl əyləcindən istifadə edərək təhlükəli manevrlərə yol vermişdilər. Kadrlardan toy karvanının, türkiyəli sürücülərin nəqliyyatın normal hərəkətinə mane olduğu nəzərə çarpırdı.

Bizimyol.info xəbər verir ki, həmin gün baş verənlərlə bağlı sosial şəbəkələrdə yeni videolar peyda olub. Burada insanların avtomobillərdən düşərək küçənin ortasında rəqs etməsi, başqa maşınların qarşısını kəsməsi diqqət çəkir. Türkiyə mətbuatının yazdığına görə, Almaniya polisi bununla bağlı araşdırmaya başlayıb. Kadrlarda görünən şəxslər axtarılır. Polis onların kimliyini müəyyənləşdirməyə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »