Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Görünüşünü bəyənmədiyi klounu küçənin ortasında döydü - Video

Türkiyənin Mersin şəhərində küçədə insanları əyləndirməyə çalışan klouna xəsarət yetiriblər. Bayram Aydemiri görünüşünü bəyənməyən adam küçənin ortasında döyüb.

Bizimyol.info xəbər verir ki, 13 yaşından bəri kloun paltarında çörəkpulu qazanan mersinli gənc gözləmədiyi münasibətlə üzləşib. Ticarət mərkəzinin açılışında iştirak edən Bayram yumruq zərbəsi alıb. Hadisənin videogörüntüsündə onun insanlarla zarafatlaşdığı nəzərə çarpır. Ticarət mərkəzinin qarşısından keçən yerli adamlardan biri onu itələyir. Bayram cavab qaytarır. Bundan sonra onu yumruq zərbəsiylə vurub yerə yıxırlar. Həmin şəxs Aydəmiri yerə yıxılandan sonra da vurur. Ətrafdakılar davanın davam etməsinə imkan vermirlər.

Beş ildir bu işlə məşğul olduğunu deyən Bayram heç vaxt döyülmədiyini bildirib: “Mənim işim insanları əyləndirməkdir. Onun özünə də dedim. Haqqımı halal etmirəm. Onu Allaha tapşırıram”.

Son xəbərlər
Bütün xəbərlər »