Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqənin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Səməd Rəhimli və digər namizədlərin müraciətinə baxılıb.

MSK üzvü İlkin Şahbazov bildirib ki, 4 müraciət bir icraatda birləşdirilib: “Onların pozuntulara dair 35 protokol və videogörüntülər bizə təqdim edilib. 35 protokoldan sadəcə 8-i orijinaldır. Şikayətçilərin araşdırmada iştirakı tam təmin olunub. Aparılmış araşdırmanın nəticəsi olaraq, müəyyən edilib ki, 7 məntəqədə bizə təqdim edilən protokollar arasında müəyyən fərqlər mövcuddur. Fərq olan protokollar seçicilərin iradəsini əks etdirməyindən bu məntəqələrdə (1, 2, 3, 4, 18, 30, 35) seçkilərin nəticəsinin ləğv olunmasını təklif edirəm”.

Müzakirələrdən sonra MSK qeyd olunan məntəqələrdə seçkilərin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.

Son xəbərlər
Bütün xəbərlər »