Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Amerikalı tərəfdaşlarımızın daha konstruktiv yanaşmasında müəyyən irəliləyişlər var”

Rusiya xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə silahlanma üzərində nəzarət məsələlərini müzakirə etdiyini açıqlayıb.

Bu barədə Rusiya XİN başçısı Münhen Təhlükəsizlik Konfransının yekunları ilə bağlı keçirilən jurnalistlərə açıqlamasında bildirib.

“Bizim strateji dialoqumuzun gündəliyində olan bütün kompleks problemlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətində olan silahlanma üzərində nəzarətə dair məsələlərə toxunduq. Qərara aldıq ki, bu məsələlərə bağlı konkret və professional söhbəti davam etdirək. Hiss etdim ki, amerikalı tərəfdaşlarımızın daha konstruktiv yanaşmasında müəyyən irəliləyiş var”, - deyə S. Lavrov vurğulayıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »