Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Binəqədidə gənc qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

Hadisə fevralın 13-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Aysun Məmmədova yaşadığı Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 8 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra A.Məmmədovanın atası hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.(report)

Son xəbərlər
Bütün xəbərlər »