Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü

Türkiyənin İzmir şəhərində azyaşlının ölümündə şübhəli bilinən anası və onun sevgilisi hakim qarşısına çıxıb.

“Milliyet”in yaydığı xəbərə görə, beş yaşlı Eymen Sadiq həmin şəxslər tərəfindən döyülərək öldürülüb.

Belə ki, 26 yaşlı Mine D. və sevgilisi 38 yaşlı Serkan E. uşaqla birgə gəzməyə gediblər.

Qətl onlar geri qayıdanda baş verib.

Məhkəmə prosesində dindirilən qadın gəzməkdən qayıdanda yolda avtomobili saxlayıb tualetə getdiyini, qayıdanda isə oğlunu ölmüş vəziyyətdə gördüyünü deyib.

Sevgilisi Serkan E. isə Eymen Sadiqin anası tərəfindən öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, qadın uşağını öldürdükdən sonra onun əllərini bağlayaraq çamodana qoyub və basdırıb.

Qadın ittihamları qəbul etməsə də, həmin vaxt sevgilisi ilə narkotik qəbul etdiklərini bildirib.

Məhkəmə ananın psixoloji vəziyyətinin müəyyən edilməsi üçün ekspertiza təyin edərək prosesi təxirə salıb.(apa)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir...
››› "Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
Son xəbərlər
Bütün xəbərlər »