Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizədlərdən Fəzail Ağamalıya sərt cavab: “İslahatlara cavab vermirsiniz”

Xəbər verdiyimiz kimi Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərsə, ölkədə çox böyük, ciddi siyasi problemlər yarana bilərdi.

Fəzail Ağamalının bu açıqlamasını Bizimyol.info-ya şərh edən deputatlığa namizədlər onu sərt tənqid ediblər.

Bəxtiyar Hacıyev Bəxtiyar Hacıyev

29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, böhranın əsas səbəbi parlamentin tam yerində qalması və ya tam yenilənməsi yox, parlamentin xalqım səsi ilə yox, saxtakarlıqla və saxta yollarla ən qeyri-populyar adamlardan ibarət formalaşdırılması olacaq: “Mənim namizəd olduğum dairədə lider elan olunan Arpadarai Nigarın seçilmə şəkili və saxtakarlıq miqyası, qıcıq və qəzəb doğurma potensialı ləğv edilən dairələrdən daha böyük idi. Arpadarai yeni sima olsa da, Hadi Rəcəbli yolu ilə qalib elan edilməyə çalışılır. Ona görə də tam yenilənmə və ya qismən yenilənmə yox, xalqın səsi ilə yenilənmə barədə danışmaq lazimdır”.

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamran Əsəsov bildirib ki, bir çox deputat müasir tələblərə və çağırışlara uyğun deyil.

Kamran Əsədov Kamran Əsədov

“İlk növbədə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalının Milli Məclis tam yenilənərsə, siyasi böhran baş verər yanaşması kökündən yanlışdır.

Birincisi ona görə ki, Azərbaycan 30 ilə yaxındır ki, müstəqildir və bu illərdə dövlətin idarə olunmasında iştirak edəcək, onu daha da irəli aparacaq kadrları yetişdirib. Bu gün ölkəmiz üçün canını fəda edənlər, şəhid olanlar varsa, və onlar kasıb ailələrin uşaqlarıdırsa, deməli, onlar dövlət idarəçiliyində də iştirak edə bilərlər.

İkincisi, Milli Məclisin deputatı olan şəxs, Fəzail Ağamalıdan fərqli olaraq saxta yolla seçilmir, onlar minlərlə insanın səsini, etimadını qazanıb bu posta sahib olurlar. Yəni onların bilik və bacarıqları, siyasi baxışları minlərlə insan tərəfindən qəbul edildiyi üçün həmən şəxslər məsuliyyətlərini dərk edirlər.

Üçüncüsü, 1993-cü ildə Ümümmilli lider Heydər Əliyev Ali Sovetin sədri seçiləndən sonra milli məclisdə köklü dəyişikliklər edildi, amma heç bir siyasi böhran yaşanmadı, əksinə ölkə çox sürətlə inkişaf etməyə başladı.

Dördüncüsü, Fəzail Ağamalı uzun müddət Milli Məclisin deputatı olsa da, başa düşməyib ki, bu qurum ölkədə qanunverici hakimiyyət orqanıdır və siyasi böhrana səbəb ola bilməz. Hətta Milli Məclisin qəbul etdiyi qərarlar belə təsdiq olunmaya bilər, Konstitusiya Məhkəməsi tərəfindən geri qayıtarıla bilər.

Ölkə Prezidenti Cənab İlham Əliyev yeni islahatlar həyata keçirir. Məqsəd ölkədə yeni bir dövr başlanması, rəqabətədavamlılı iqtisadiyyatın, keyfiyyətli xidmət sektorunun formalaşmasıdır. Bir çox deputat bu kompetensiyaya malik deyil və ölkənin inkişafına maneə törədir.

Mən hesab edirəm ki, Milli Məclisin tamamilə yenilənməsinə ehtiyac var. Bu ölkənin inkişafı, dünya reytinqində irəliləməsi üçün çox zəruridir.

Təəssüflər olsun ki, bir çox deputat müasir tələblərə və çağırışlara uyğun deyil. Biz onların fəaliyəti zamanı yeniliklərlə bağlı təşəbbüskarlıqlarını görməmişik”,-deyə deputatlığa namizəd bildirib.

Son xəbərlər
Bütün xəbərlər »