Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Liviya neft sanksiyalarına görə gündə 60 milyon dollar itirir

Liviya Avropa İttifaqı (Aİ) ölkələrinə karbohidrogen satmaq iqtidarında olmadığına görə gündə 60 milyon ABŞ dolları itirir, neft sanksiyaları isə ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir.

TASS-ın verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Aİ-nin bu ölkəyə ayırdığı ümumi yardımın həcmi 600 milyon dollar təşkil edir ki, bu da ongünlük neft satışına bərabərdir. Liviyada vəziyyət olduqca pisdir", - deyə J.Borrel deyib.

J.Borrel BMT-nin baş katibinin xüsusi nümayəndəsi Həsən Salamadan Liviyada atəşkəsin olmadığını və bu ölkəyə silah tədarükü qadağasına dair razılaşmalar olduğu kimi, atəşkəs razılaşmasının da hər yerdə pozulduğunu ifadə edən məktub alıb.

Qeyd edək ki, Aİ ölkələrinin xarici işlər nazirləri fevralın 17-də Liviyadakı böhranın həllinə yönəlmiş Berlin sülh prosesinin sürətləndirilməsi məsələsini nəzərdən keçirəcək, həmçinin Liviyaya silah tədarükü ilə bağlı embarqonun sərtləşdirilməsinin mümkünlüyü də araşdırılacaq.(apa)

Paylaş »
››› ABŞ Rusiya neftinin qiymətini “öldürməyin” yolunu tapıb
››› Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
››› Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
››› Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
››› Bayden bizdən nə istədi?!
››› "Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
››› Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »