Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Rusiya diplomatları bu gün İdlibdəki kritik vəziyyəti müzakirə edəcəklər

Suriyanın İdlib bölgəsində davam edən qarşıdurma Türkiyə və Rusiya arasında hərəkətliliyə səbəb olub. Bəşər Əsəd ordusunun Türkiyənin İdlibdəki mövqelərinə son hücumlarından sonra Ankara və Moskva yenidən danışıqlar prosesinə start verib.

Ötən həftə Rusiyadan olan heyətin Ankaraya səfərinə cavab olaraq, Türkiyə hökuməti də Moskvaya nümayəndə heyəti göndərmək qərarı verib.

Bu məqsədlə bu gün türk nümayəndə heyəti Rusiyanın paytaxtında olacaq. İdlib dosyesi ilə Rusiyada müxtəlif səviyyələrdə görüş keçirəcək heyətə Türkiyə Xarici İşlər nazirinin köməkçisi Sədat Önal başçılıq edəcək. Rusiya nümayəndə heyətinin başçısı isə Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevdir.

İdlibdəki son gəlişmələrin müzakirə olunacağı görüşdə rəsmi Ankaranın Əsəd ordusunun dayandırılması tələbinə də toxunulacaq. Habelə, rejim qüvvələrinin nəzarət etdiyi bölgələrdə qalan Türkiyənin müşahidə mövqelərinin vəziyyəti də müzakirə mövzusu olacaq.

Qeyd edək ki, ötən həftə Ankarada tərəflər arasında keçirilən görüşdə nəticə əldə edilməmişdi. Rəsmi Ankara diplomatik təmaslar nəticə verməyəcəyi halda, hərbi variantın masa üzərində olduğunu açıqlayıb.(teleqraf.com)

Son xəbərlər
Bütün xəbərlər »