Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN: Badamdarda baş verən hadisə sürüşmə deyil, uçqundur

“Fevralın 16-da axşam Badamdar qəsəbəsində baş verən hadisə sürüşmə deyil, uçqundur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.

Onun sözlərinə görə, bu gün səhər əraziyə baxış keçirib: “Hadisə nəticəsində eni 20 metr olan torpaq kütləsi yamacdan qoparaq yolun üzərinə tökülüb. Hadisə antropogen amillər nəticəsində baş verib”.

S.Əmiraslanov deyib ki, həmin ərazidə 3 yaşayış evi yerləşir: “Torpaq kütləsi bu evlərdən birinə ümumiyyətlə çatmayıb, ikinci evə dirənib. Yalnız bir evin divarlarında deformasiyalar əmələ gəlib”.

Qeyd edək ki, fevralın 16-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, ev 179 C ünvanında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 1 ev zədələnib. Sürüşmədən yaranan torpaq qatı yolu kəsib.(apa)

Paylaş »
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
Son xəbərlər
Bütün xəbərlər »