Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəyi öz toyundan qovublar - Üçüncü dəfə evlənmək baş tutmayıb

Pakistanda toy zamanı gəlinin qohumları üçüncü dəfə evlənməyə cəhd edən bəyi qovublar.

“BBC” xəbər verir ki, ölkənin Karaçi şəhərinin sakini Asif Rafiq Siddiqinin toy mərasimə onun ilk həyat yoldaşı gəlib.

O, gəlinə və toy iştirakçılarına A.R.Siddiqinin artıq iki qadınla evli olduğunu deyib.

Bunu eşidən gəlinin qohumları üçüncü dəfə evlənmək istəyən Asifin arzusunu ürəyində qoyublar.

Qeyd etmək lazımdır ki, Pakistanda çoxevliliyə icazə verilir.

Evlənmək istəyən şəxs bunu etməzdən öncə gərək əvvəlki həyat yoldaşlarının razılığını alsın.

Lakin A.R.Siddiqi həyat yoldaşlarına bu toy barədə heç bir məlumat verməyib.

Son xəbərlər
Bütün xəbərlər »