Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirus qurbanlarının sayı 1770-ə çatıb

Çində yeni növ koronavirus qurbanlarının sayı 1770 nəfər təşkil edir, 10,8 mindən çox insan virusdan xilas olunub, pnevmoniyanın başlamasından bəri yoluxanların sayı 70,5 mindən çox olub.

Bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl qurum 68,5 mindən çox yoluxma, 1665 ölüm halı və 9419 nəfərin sağalması barədə məlumat yaymışdı. Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusun rəsmi ölüm səviyyəsi bir gün əvvəl 2,43%-dən 2,5%-ə yüksəlib.

Bölgələr arasında Hubey əyaləti yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 58,1 mindən çox adam qeydiyyata alınıb, onlardan 1696 nəfəri ölüb, 6639 adam sağalıb.(apa)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »