Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mətbuat Şurası icazəsiz aksiyada monitorinq apardı

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün Mərkəzi Seçki Komissiyasının önüdə keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb.

Mətbuat Şurasından Bizimyol.info-ya verilən məlumata görə, monitorinq qrupunun üzvlərinə peşə vəzifələrini yerinə yetirən media təmsilçiləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

"Jurnalistlər aksiyaya əsasən üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılıblar. Gödəkçəsiz jurnalistlərə də rast gəlinib. Ümumən media aksiya zamanı yaşanan gərgin anların mərkəzində tam sərbəst şəkildə öz işini görə bilib. Hər hansı maneə qeydə alınmayıb.

Bununla yanaşı Mətbuat Şurasının monitorinq qrupu bir çox hallarda kütləvi informasiya vasitələrinin nümayəndələrinin aksiyaçılarla polis arasında yaşanmış gərgin situasiyalara daha yaxın olduqlarını müşahidə edib. Belə durumlarda həm jurnalistlərin, həm də hüquq-mühafizə orqanları təmsilçilərinin peşə vəzifələrinin icrası üçün çətinlik ehtimalı yaranıb. Buna görə də jurnalistlərə oxşar vəziyyətlərdə ehtiyatlı davranmaq, öz təhlükəsizliklərini qorumaq tövsiyə edilir". ()

Paylaş »
››› Rusiya donanmasının flaqmanı "Admiral Makarov" Sevastopoldan "qaçıb"
››› Moskvaya aydın mesaj: Ukrayna yeganə şərtini açıqladı
››› Qazı əhaliyə ən ucuz satan ölkələr: Rusiya ikinci yerdədir
››› Bayden Çini açıq şəkildə hədələdi: ABŞ ordusu birbaşa qarışacaq
››› Bakıda “London taksisi” qəbirstanlığı və ya hər yenilikdə bir korrupsiya
››› Bayden Şimali Koreyanı hədələdi: "Atacağınız hər addıma əvvəlcədən hazırlaşmışıq"
››› Putin Əsədin “çəllək bombaları”ndan istifadə etməyə hazırlaşır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »