Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda aksiya: Etirazçıları Kürdəmirə, Yevlaxa apardılar - Video

Bir qrup deputatlığa namizəd və siyasi fəallar növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.

Bizimyol.info xəbər verir ki, etirazçılar "Azad seçki", "Vətəndaşa əl qaldırma" şüarları səsləndiriblər. MSK-ya bitişik ərazilər Daxili İşlər Nazirliyinin Çevik polis alayının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Aksiyadan əvvəl saxlanılanlar olub.

Deputatlığa keçmiş namizəd Rəbiyyə Məmmədova deyib ki, onlar seçkidə baş verən qanunsuzluqlarına etiraz edirlər.

Mərkəzi Seçki Komissiyasının qarşısında olan ərazi nəqliyyatın və piyadaların hərəkəti üçün bağlanıb. Sərnişin avtobusuna zorla mindirilən etirazçılar Abşeron, Şamaxı, Hacıqabul, Kürdəmir və Yevlax rayonlarına aparılıblar.

Qeyd edək ki, Bakının mərkəzində, 28 May metro stansiyasının ətrafında çevik polis alayının əməkdaşları, o cümlədən, polis toplaşdığını müşahidə edib. Ərazidə avtobuslar və polis maşınları da var, əməkdaşımız bildirib.

Xatırladaq ki, təşkilatçılar etiraz aksiyası üçün Bakı Şəhər İcra hakimiyyətindən şəhər mərkəzində yer ayrılmasını istəsə də, paytaxt rəhbərliyi mitinqi mərkəzdən 20 kilometr aralıda yerləşən Lökbatanda keçirməyi təklif edib.

Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib: “Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb”.

Son xəbərlər
Bütün xəbərlər »