Dubayda Karate 1 Premyer Liqa turnirinin son günündə qızıl medal uğrunda mübarizə aparan "Qəbələ" İdman Klubunun üzvü Rafael Ağayev çempion olub.
75 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı karateçi italyan rəqibi Luici Busanı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Rafaelin qələbəsi ona elə də asan başa gəlməyib. Belə ki, Ağayev yarışın bitməsinə 5 saniyə qalmış 1:2 hesabla uduzsa da, sonda qələbəni hesabına yazdıra bilib. (Qafqazinfo.az)