Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkədə koronavirusdan ölüm baş verdi

Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, ölən 60 yaşlı şəxsdir. Lakin o son zamanlar nə Uxan şəhərinə, nə də Xubey əyalətinə gedib. O, habelə epidemiyanın tüğyan etdiyi regionlardan gələn insanlarla da ünsiyyətdə olmayıb.

Hazırda müvafiq orqanlar onun virusa hansı şəraitdə yoluxduğunu müəyyənləşdirirlər. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »